İngiltərə

150 illik tarixdə ikinci dəfə: İngiltərədə mövsümün ən uğursuzu

“Aston Villa” İngiltərə Premyer Liqasının yeni mövsümündə ilk üç turda qol vurmağı bacarmayıb.

Aut.az xəbər verir ki, bu, klubun 150 illik tarixi ərzində ikinci belə hadisədir.

Hazırda İngiltərənin peşəkar hesab edilən altı ən yüksək divizionunda (Premyer Liqa, Çempionşip, Birinci və İkinci Liqalar, Milli Liqa, həmçinin Milli Liqanın şimal və cənub qrupları) çıxış edən 162 komanda arasında qol hesabını aça bilməyən yeganə klub Birmingem təmsilçisidir.

Bununla belə, qeyd olunur ki, aşağı divizionlardakı çoxsaylı komandalar mövsüm-2025/26-da iki dəfədən çox oyun keçiriblər.

“Aston Villa”nın növbəti oyunu sentyabrın 13-də səfərdə “Everton”a qarşı olacaq.