İngiltərə

“Tottenhem” açıqladı: Qovuldu

Antonio Konte “Tottenhem”in baş məşqçi postundan istefaya göndərilib.

Aut.az xəbər verir ki, müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

London komandasına mövsümün sonuna kimi Kristian Stellini çalışdıracaq. Ona Rayan Meyson kömək edəcək.

Qeyd edək ki, Konte 2021-ci ilin noyabrından “Tottenhem”i çalışdırırdı. Komanda ötən mövsümü 4-cü yerdə başa vurmuşdu, indi də İngiltərə Premyer Liqasında həmin pillədədir.