Qarnaço möhtəşəm qolu haqqında: Tribunalara qulaq asırdım
İngiltərə Premyer Liqanın 13-cü turunun “Everton” – “Mançester Yunayted” matçında (0:3) Alexandro Qarnaço vurduğu möhtəşəm qolu xatırlayıb.
Aut.az xəbər verir ki, 19 yaşlı futbolçu bunları deyib:
“Düzünü desəm, buna inana bilmirəm. Necə qol vurduğumu görmədim, sadəcə tribunalara qulaq asdım və “Aman Allah” dedim”.
