İtaliyaİngiltərə

“Arsenal” da türk ulduz üçün hərəkətə keçdi: Elə bir təklif hazırlayır ki…

“Arsenal” hücumçu Kənan Yıldız üçün “Yuventus”a təklif göndərməyi planlaşdırır.

Aut.az xəbər verir ki, “Radio Radio”nun məlumatına görə, London klubu 50 milyon avro ödəməyə hazırdır və hücumçu Qabriel Jesusu da müqaviləyə daxil edir.

Mənbənin sözlərinə görə, “topçular” hesab edir ki, belə bir təklif “Qoca sinyora”nı 20 yaşlı hücumçunu buraxmağa razı salmalıdır.

Bu mövsüm Yıldız bütün yarışlarda 12 matçda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 75 milyon avrodur.

Aut.az