İtaliya

“Milan”da yeni müqavilə

“Milan” yarımmüdafiəçi Aleksis Salemakerslə müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Yeni anlaşma 26 yaşlı belçikalı futbolçunun maaşının artırılmasını nəzərdə tutur. Müqavilənin detalları və müddəti hələlik açıqlanmır. Salemakersin hazırkı sözləşmə 2027-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir. 2025/26 mövsümündə Salemakers “Milan”ın heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az