Premyer Liqada yay transfer pəncərəsinin vaxtı razılaşdırıldı
İngiltərə Premyer Liqa klubları yay transfer pəncərəsi üçün tarixləri razılaşdırıb.
Aut.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytı məlumat yayıb.
“Transfer pəncərəsi FİFA Klublararası Dünya Çempionatı ilə bağlı müstəsna qeydiyyat müddəti ilə əlaqədar iyunun 1-dən iyunun 10-dək erkən açılacaq. Daha sonra 16 iyun bazar ertəsi açılacaq və sentyabrın 1-i bazar ertəsi bağlanacaq”, – məlumatda deyilir.
2025-ci il Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Burada ilk dəfə olaraq 32 komanda çıxış edəcək. İngiltərə Premyer Liqasını “Mançester Siti” və “Çelsi” təmsil edəcək.
Aut.az
