İngiltərə

“Siti” 60 milyonluq futbolçuya qapını göstərəcək?

“Mançester Siti”nin mərkəz yarımmüdafiəçisi Ticani Reynders yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Aut.az xəbər verir ki, bu barədə “CalcioMercato” məlumat yayıb.

27 yaşlı niderlandlı futbolçu start heyətində yerini itirdiyi üçün İngiltərə klubundan ayrılmağa yaxındır.

“Mançester Siti” də onu saxlamaq niyyətində deyil və artıq yeni yarımmüdafiəçi axtarır.

Bir neçə klub Ticaninin vəziyyətini izləyir.

Yarımmüdafiəçi 2025-ci ilin yayında “Milan”dan transfer olunub.

O vaxtdan bəri İngiltərə nəhəngində 48 oyun keçirib (yeddi qol və səkkiz məhsuldar ötürmə).

Reyndersin “Mançester Siti” ilə müqaviləsi 30 iyun 2030-cu ildə başa çatır və “Transfermarkt” onun dəyərini 60 milyon avro qiymətləndirir.

Aut.az