“Liverpul” yeni transfer edəcək? – Slot açıqladı
“Liverpul”un baş məşqçisi Arne Slot mövsümün cari transfer pəncərəsində yeni transferlərin mümkünlüyü barədə danışıb.
Aut.az xəbər verir ki, niderlandlı mütəxəssis bu sözləri deyib:
“Həmişə bizə kömək edə biləcək oyunçuları almağa çalışırıq, amma ilk iki oyundan sonra şikayətlənməyə və ya daha çox oyunçuya ehtiyacımız olduğunu düşünməyə əsas yoxdur. Əgər heyəti gücləndirmək imkanı olsa, bunu edəcəyik, amma yalnız faydalı və lazım olan futbolçunu almaq şərti ilə. Transfer pəncərəsinin bağlanmasına üç-dörd gün qalıb, görək, nəsə edə biləcəyikmi”.
Hazırda “Liverpul” Premyer Liqada iki oyundan sonra altı xal toplayaraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
