Premyer Liqanın iki klubu da onu hədəfə aldı
İngiltərə Premyer Liqası klubları “Barselona”nın keçmiş müdafiəçisi və kapitanı Sergi Roberto ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Football Espana” internet nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, ispaniyalıya xüsusi maraq göstərən “Aston Villa” və “Vest Hem”dir.
Qeyd edək ki, daha əvvəl mətbuatda “Sevilya”, “Valensiya” və “Jirona”nın Roberto ilə maraqlandığı barədə məlumat yayılmışdı.
Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 24 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 30 iyun 2024-cü ildə bitib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 2,5 milyon avrodur.
Aut.az
