“Liverpul” qalib gəldi, amma antirekordu da təkrarladı
Fevralın 16-da İngiltərə Premyer Liqasının 25-ci turunda “Liverpul” doğma meydanda “Vulverhempton”a 2:1 hesabı ilə qalib gəlib.
Aut.az xəbər verir ki, “mersisaydlılar” ikinci hissədə rəqib qapısına bir dəfə də olsun zərbə endirməyib.
“Opta”nın məlumatına görə, “Liverpul” bu statistika ilə klubun Premyer Liqadakı antirekordunu doğma stadionunda təkrarlayıb.
Sonuncu dəfə belə hal 2003/04 mövsümündə baş verib.
Aut.az
