Dünya futbolu

Neymar üçün uğurlu gecə – VİDEO

Ötən gecə Brazliya Paulista çempionatının 10-cu turunda “Santos” doğma meydanda “Aqua Santo”ya 3:1 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, meydan sahiblərinin ulduz hücumçusu Neymar 14-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bu, 33 yaşlı braziliyalının doğma komandaya qayıtdıqdan sonra vurduğu ilk qoludur.

O, eyni zamanda 70-ci dəqiqədə komanda yoldaşı Gilyermeyə məhsuldar ötürmə verib.

Qeyd edək ki, bu, Neymar “Santos” forması ilə 4-cü oyunu olub. O, əvvəlki görüşlərdə heç nə ilə yadda qalmayıb.