Portuqaliyalı jurnalist: Ronaldo diktaturanın faydalı axmağı oldu
Portuqaliyalı jurnalist Enrike Raposo Kriştiano Ronaldonu Səudiyyə Ərəbistanına getməsinə münasibət bildirib.
Aut.az xəbər verir ki, Enrike həmyerlisinin “Əl-Nəsr”də oynamasını kəskin tənqid edib.
“Problem Ronaldonun dünyanın ən pis diktaturasının faydalı axmağına çevrilməsi ilə başladı. Onun bu addımı digər oyunçulara da, özünü legitimləşdirməyə çalışan diktaturanın faydalı axmaqlarına çevrilmək üçün qapı açdı.
Uşaqlarımız üçün ulduz, simvol və örnək olan futbolçuların təkcə Avropada deyil, bütün dünyada diktaturanın faydalı axmaqlarına necə çevrildiyini görmək bir az üzücüdür”, – “A Bola” jurnalistdən sitat gətirib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Aut.az
