Dünya futbolu

Maaşlar verilmir? – Sadıqov qəzəbləndi

“Ximki”yə sponsorluq edən azərbaycanlı iş adamı Tufan Sadıqov klubun maaşları gecikdirməsi ilə bağlı yayılan xəbərlərə sərt reaksiya verib.

“Futbolçuların maaşlarının gecikməsi ilə bağlı sualı bu məlumatı yazana verin. Mənə niyə bu sualı verirsən? Mən yardım masası deyiləm və “Ximki” ilə məşğul deyiləm, bunu artıq 100 dəfə demişəm. Baş direktora, vergi idarəsinə və ya hara müraciət edə bilərsinizsə, edin. Əgər kimsə nəsə yazırsa, biz niyə ona cavab verməliyik? Bunu yazan boş-boş danışır”, – Sadıqov “Çempionat”ın müxbiri Vladislav Kruqlovla söhbətində bildirib.

Bundan əvvəl mediada “Ximkinin” oyunçulara maaş və bonusların ödənilməsini bir neçə aydır gecikdirdiyi barədə məlumatlar yayılmışdı.

Aut.az