İspaniya

“Real” seks qalmaqalından sonra Mbappenin FOTOSUNU reklam kampaniyasından çıxardı

“Real” Kilian Mbappeni son “Artist Pack” reklam kampaniyasından çıxarıb.

Aut.az xəbər verir ki, Cude Bellingem sosial media hesabında promosyonun redaktə edilməmiş versiyasını yerləşdirib. Mbappe ilk şəkildə olub. Ancaq paylaşım sonradan silinib və yenisi paylaşılıb.

Bu günlərdə Mbappe Stokholma səfəri ilə bağlı qalmaqalla gündəmə gəlib. İsveç mətbuatının məlumatına görə, oktyabrın 10-da Mbappe və dostlarının qaldığı oteldə zorlama hadisəsi törədilib. Cinayəti törətməkdə Kilianın özü şübhəli bilinir. İsveç hüquq-mühafizə orqanları qadının zorlama iddiasını araşdırdıqlarını təsdiqləyib. Oteldə araşdırmalar aparılıb və geyim əşyaları müsadirə edilib. Eyni zamanda, rəsmilər Mbappenin cinayətdə iştirakı ilə bağlı məlumatları şərh etməyiblər.

Aut.az

"Real" seks qalmaqalından sonra Mbappenin FOTOSUNU reklam kampaniyasından çıxardı "Real" seks qalmaqalından sonra Mbappenin FOTOSUNU reklam kampaniyasından çıxardı