İngiltərə

Runi əfsanəvi rusla görüşdü – FOTO

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi əfsanəvi rusiyalı xokkeyçi Aleksandr Oveçkinlə görüşüb.

Aut.az xəbər verir ki, Runi Oveçkinlə çəkdiridiyi fotonu sosial şəbəkədə paylaşıb və yazıb:

“MXL əfsanəsi və “Vaşinqton”dan olan yaxşı dost Aleksandr Oveçkinlə tanış olmaqdan məmnunam”.

“Vaşinqton”un kapitanı Aleksandr Oveçkin MXL tarixində aparıcı snayperlər siyahısında ikinci yeri tutur (831 qol). Ueyn Qretski 894 qolla liderdir.

Aut.az