Salahdan “Liverpul” azarkeşlərinə çağırış: Onunla ləyaqətlə vidalaşın
“Liverpul” tədricən Məhəmməd Salahla vidalaşmağa başlayır.
Aut.az xəbər verir ki, Stiven Cerrardla müsahibədə misirli azarkeşlərə müraciət edib: Cordan Hendersonla da ləyaqətlə vidalaşın.
“Düşünürəm ki, sizinlə danışarkən bir şeyi qeyd etmək düzgün olar. Mövsümün son oyunu “Brentford”la olacaq. 12 il klubun kapitanı olmuş bir adam şəhərə gəlir. Məndən, Vircildən, Robbodan və səndən daha uzun müddət kapitan olmuş adam. Amma o, layiq olduğu vida mərasimini ala bilmədi, çünki komandadan tələsik ayrıldı.
Klubun bunu necə bacaracağını bilmirəm, heç bir planım yoxdur, hətta azarkeşlərin də bunu necə bacaracağını bilmirəm. Amma düşünürəm ki, Cordan Henderson üçün xüsusi bir şey etməliyik. O, klub tarixinin ən yaxşılarından biridir və onsuz biz bu zirvələrə çata bilməzdik. Ona görə də ümid edirəm ki, o, layiqli bir vida mərasimi alacaq”, – Salah deyib.
Stiven bu fikri dəstəkləyib: “Azarkeşlər onu səni sevdikləri kimi sevirlər. Düşünürəm ki, bu mesajınız azarkeşlərə çatacaq”.
Mo cavab verib: “Bu, əla olardı. Sən onunla oynamısan və klubu nə qədər sevdiyini bilirsən. Ona görə də azarkeşlərin və klubun onun üçün xüsusi bir şey etməsini çox istərdim. Bura “Liverpul”dur! Bu, sadəcə bizim təbiətimizdir”.
Aut.az
