İngiltərə

Salah sevimli futbolçusunun adını açıqladı: Böyük adamdır

“Liverpul”un cinah oyunçusu Məhəmməd Salah sevimli futbolçusunun adını açıqlayıb.

Aut.az xəbər verir ki, misirli ulduz Mersisayd klubuun əfsanəvi Stiven Cerrardın adınıqeyd edib:

“PlayStation”da Cerrardın rolunda oynayırdım. O, həmişə seçdiyim yeganə insandır. Uzaqdan çoxlu qollar vururdu. Hər yerdən zərbələr endirib, fərqlənməyi bacarırdı. Mən onunla iki dəfə görüşmüşəm. O, inanılmazdır, böyük adamdır”.

Qeyd edək ki, bu mövsüm 32 yaşlı Salah klubda bütün turnirlərdə 39 oyun keçirib, 30 qol vurub və 22 məhsuldar ötürmə edib.

Aut.az