Messi buna görə oynamayıb
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin MLS-də “Hyuston Dinamo” ilə səfər matçında meydana çıxmamasının səbəbini açıqlayıb.
Aut.az xəbər verir ki, Maskeranonun sözlərini ESPN sitat gətirib.
“Leoya gəlincə, əlbəttə ki, biz bu barədə danışmışıq və mən həmişə eyni şeyi təkrar edirəm: beləsi yoxdur, dünyada Leo kimi bədənini başa düşən bir futbolçu tanımıram. Altı gündə üç matçdan sonra… biz düşündük ki, ona bir az dincəlmək daha yaxşı olar, xüsusən də 2,5-3 saat davam edən səyahət zamanı”, – Maskerano bildirib.
Bu görüşdə qonaqlar 4:1 hesabı ilə qalib gəlib.
Aut.az
