Elitanı tərk edən komandanın fanatları şəhərə od vurdular – VİDEO
“Santos”un Braziliya çempionatının ikinci divizionuna düşməsindən sonra azarkeşlər şəhərin küçələrində iğtişaşlar törədiblər.
Aut.az xəbər verir ki, bu barədə G1 məlumat yayıb.
Xatırladaq ki, dekabrın 7-də “Santos” öz meydanında “Fortaleza”ya uduzub (1:2) və tarixində ilk dəfə Braziliya çempionatının ikinci divizionuna düşüb. Fortaleza 90+6-cı dəqiqədə meydanın mərkəzindən endirdiyi zərbə ilə qələbə qolunu vurub. 38 turun nəticələrinə əsasən, “Santos” 43 xalla 17-ci yerdə qərarlaşıb. 16-cı yerdə olan Baylinin 44 xalı var.
Aut.az
