Boks

Super döyüş olacaq: Qaliblər üz-üzə gələcək

Ukraynalı boksçu Aleksandr Usik və britaniyalı Tayson Fyuri arasında baş tutan döyüşün qalibi britaniyalı Entoni Coşua və kamerunlu Frensis Nqannu qarşudurmasının güclüsü ilə üz-üzə gələcək.

Aut.az xəbər verir ki, bu barədə Coşuanın maraqlarını təmsil edən nüfuzlu promouter Eddi Hirn məlumat verib:

“Nqannu ilə döyüşü qəbul etməyimizin səbəblərindən biri də bu döyüşünün qalibinin Usik-Furi qarşıdurmasının qalibi ilə döyüşəcəyini bilməyimizdir. Beləliklə, biz mütləq dünya çempionu adına birbaşa yol ala bilərik. Fyuri Usiki, Coşua isə Nqannunu məğlub edərsə, ictimaiyyət avtomatik olaraq boks tarixinin ən maraqlı döyüşünü izləyəcək”.

Qeyd edək ki, Aleksandr Usik və Tayson Fyuri fevralın 17-də, Entoni Coşua ilə Frensis Nqannu isə martın 9-da döyüşəcəklər.