Onların döyüşünə mərc etdi: 1 milyon qazana bilər
“Qrammi” mükafatının beşqat qalibi, kanadalı reper Dreyk boks üzrə mütləq dünya çempionu titulu uğrunda döyüşdə britaniyalı Tayson Fyurinin ukraynalı Aleksandr Usik üzərində qələbəsinə 565 min dollar mərc edib.
Aut.az xəbər verir ki, Dreyk 1.77 əmsalı mərcinin ekran şəklini “İnstaqram” hekayəsində yerləşdirib. Fyurinin qələbəsi Dreykə 1 milyon dollar qazandıra bilər.
Döyüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu gecə keçiriləcək.

