BoksQaydasız döyüş

Makreqor bu dəfə Ceyk Pola “ilişdi”

İrlandiyalı UFC ulduzu Konor Makqreqor britaniyalı boksçu Entoni Coşua ilə döyüşdən sonra amerikalı bloqçu Ceyk Pola “ilişib”.

Dekabrın 20-də Pol altıncı raundda Coşuaya nokautla uduzdu və çənəsi sınıb.

Aut.az xəbər verir ki, Ceyk sosial mediada yazıb:

“Allaha şükür! Çənəm qırılıb, amma beynim və onurğam yaxşıdır. Heç vaxt bu qədər motivasiyalı olmamışam. Dünyanın Milad bayramını təbrik edirəm. Əla olmağa çalışmağı heç vaxt dayandırmayacağam. Çalışmasan, uğursuz olacağın şübhəsizdir”.

“Həqiqətən də Allaha şükür! Milad smuzilərindən həzz al, qardaş”, – deyə Makqreqor cavab verərək, Polun sınıq çənə səbəbindən hər yeməyi yeyə bilməməsinə işarə edib.

Aut.az