Qaydasız döyüş

Prezident Xəlilin qanlı sifətini göstərdi – Dəhşətli FOTO

UFC prezidenti Dana Uayt sosial şəbəkədəki səhifəsində amerikalı döyüşçü Xəlil Rountrinin qanlı üzünün fotosunu paylaşıb.

Aut.az xəbər verir ki, şəkil Rountrinin braziliyalı Aleks Pereyra ilə döyüşündən dərhal sonra çəkilib. Xatırladaq ki, Pereyra ilə Rountri arasında döyüş UFC 307 turnirində oktyabrın 5-dən 6-na keçən gecə baş tutub.

Aleks dördüncü raundda nokautla qalib gəlib. Bu nəticə sayəsində braziliyalı ən qısa müddətdə (175 gün) çempionluq titulunun müdafiəsi sayına görə rekor qırıb. Bundan əvvəlki rekord ABŞ təmsilçisi Ronda Rouseyə (189 gün) məxsus idi.

Rountri indi MMA-da 13 qələbə və altı məğlubiyyətə malikdir. Pereyranın hazırda qarışıq döyüş sənətlərində 12 qələbəsi və iki məğlubiyyəti var.

Prezident Xəlilin qanlı sifətini göstərdi – Dəhşətli FOTO

Aut.az