Almaniya

“Bavariya”da ciddi itki

“Bavariya” ciddi itki ilə üzləşib.

Aut.az xəbər verir ki, Bundesliqanın 6-cı turunda Frankfurtda “Ayntraxt”ın qonağı olan Münhen klubu hücumçusu Harri Keyni zədələnib. İngilis futbolçu oyunun 72-ci dəqiqəsində əvəzlənib.

Keyn tibbi yardımdan sonra əvvəlcə meydançaya qayıtsa da, tezliklə əvəzolunmasını olmasını istəyib. Onun durumuna bu gün tibbi müayinədən sonra aydınlıq gələcək.

“Ayntraxt”la oyunda Keyn qol vurmasa da, Maykl Olizənin qoluna ötürmə edib.

Qeyd edək ki, görüş 3:3 hesablı heç-heçə ilə bitib.

Aut.az