Boks

Tarixdə ilk: Qaçqınlar komandasının üzvü Olimpiadada medal qazandı

Qaçqınlardan ibarət komandanı təmsil edən kamerunlu Sindi Nqamba Parisdə keçirilən Oyunlarda boks yarışında medalı təmin edib.

Aut.az xəbər verir ki, 75 kq-a qədər çəki dərəcəsində Nqamba fransalı Davina Mişeli məğlub edərək ən azı bürünc medal qazanıb. Bu, qaçqınların Olimpiya komandası üçün ilk medaldır.

Nqamba 11 yaşından Böyük Britaniyada yaşayır. O, yerli yarışlarda iştirak edir, lakin milli komandanı təmsil edə bilmir, çünki ona vətəndaşlıq verilmir. 26 yaşlı Nqamba Olimpiadanın açılış mərasimində qaçqınlar komandasının bayraqdarı olub.

Parisdəki qaçqınlar komandasına ondan çox ölkədən 37 idmançı daxildir.

Aut.az