Avropa Çempionatıİspaniya

Yamal Ginnesin Rekordlar Kitabından sertifikatlar aldı

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal Ginnesin Rekordlar Kitabından sertifikat alıb.

Aut.az xəbər verir ki, Yamal 2 göstəricidə sertifikat alıb. O, Avropa çempionatının final mərhələsində iştirak edən ən gənc futbolçu olub. 

Bundan əlavə, o, turnirin yarımfinalında, Fransa ilə görüşdə 16 yaş 362 günlə fərqlənərək Avro-nun final mərhələsində bunu bacaran ən gənc oyunçu kimi tarixə düşüb.

Aut.az

Yamal Ginnesin Rekordlar Kitabından sertifikatlar aldı