Stadiona buraxılmayan olimpiya çempionu yazdı: Söz tapmaq çətindir
Üçqat Olimpiya çempionu Şelli-Ann Freyzer-Prays Paris Olimpiadasında 100 metr məsafəyə yarımfinal yarışında iştirak etmək üçün stadiona buraxılmaması ilə bağlı qalmaqala münasibət bildirib.
Aut.az xəbər verir ki, daha əvvəl KİV-lər xəbər vermişdilər ki, qaçışçı isinmə hərəkətləri zamanı bud sümüklərində yaranan narahatlıq səbəbindən 100 metr məsafəyə yarımfinaldan geri çəkilib. “Observer”in məlumatına görə isə yamaykalı Olimpiya kəndindən avtobusla deyil, öz nəqliyyatı ilə məkana gəldiyi üçün “Stade de France”a buraxılmayıb, buna görə də yarımfinalda yarışa bilməyib.
Maraqlıdır ki, avqustun 2-dək bu qayda qüvvədə deyildi və 37 yaşlı idmançı ictimai avtobusda deyil, avtomobillə stadiona gəlsə də, “Stade de Fransa” girişdə heç bir problem yaşamamışdı.
“Məyusluğumu təsvir edəcək söz tapmaq çətindir. Bilirəm ki, pərəstişkarlarım bu məyusluğu mənimlə bölüşürlər. 2008-ci ildəki olimpiya debütümdən bəri belə sarsılmaz dəstəyə sahib olmaq həqiqətən də xoşbəxtlikdir”, – idmançı sosial şəbəkədə yazıb.
Pekində və Londonda keçirilən Oyunlarda Freyzer-Prays 100 metr məsafəyə, Tokioda isə 4×100 metr məsafəyə estafet yarışında qızıl medal qazanıb. 2024-cü il Olimpiadasında yamaykalı idmançı estafetdə yarışa bilər.
Aut.az
