Boks

“Dəmir Mayk”la Hasbikin görüşü: Elə bildi uşaqdır, qucağına aldı – VİDEO

Əfsanəvi boksçu Mayk Tayson bloger Hasbiklə görüşü zamanı baş verən komik hadisəni xatırlayıb.

Aut.az xəbər verir ki, Xasbulla Maqomedov genetik anomaliyaya görə uşaq görünüşünə malikdir. O, döyüş sənəti dünyasında məşhurdur və UFC-nin təbliğatının səfiridir.

“Uşaq olduğunu düşündüm. Mən onunla oynayırmış kimi davrandım. Uşaqlarla belə davranıram. Onu qucaqladım,  qucağıma aldım. Və onun 26 yaşında olduğu ortaya çıxdı? Xeyr, mən kamerada rol almamışdım”, – Tayson “All The Smoke” podkastında deyib.