İngiltərə

Bir ildən yuxarıdır saçını kəsdirməyən MY azarkeşinə niyə hücum ediblər? – VİDEO

Komanda ardıcıl beş matçda qalib gələnə qədər saçını kəsdirməyəcəyinə söz verən “Mançester Yunayted” azarkeşi başqa bir azarkeş tərəfindən döyülüb.

“Mançester Yunayted” azarkeşini bu cür aqressiyaya nə sövq edib. Aydın deyil.

Aut.az xəbər verir ki, 369.000 sosial media izləyicisi olan Frank Aylett, “Mançester Yunayted” ardıcıl beş oyunda qalib gələnə qədər saçını kəsdiməyəcəyinə söz verib.

O, azarkeşin hücumuna belə reaksiya verib: “Düzünü desəm, hər şey bir az qəribə oldu. Mən müsbət düşünməyə çalışıram və ümid edirəm ki, bir daha belə hadisə olmayacaq.

Əvvəlcə onun sadəcə zarafat etdiyini zənn etdim, amma sonra saçımdan dartıb məni “diqqət çəkən məxluq” adlandırmağa başladı.

Mən ömürlük “Mançester Yunayted”in fanatı olmuşam və bu çətin anlarda azarkeşləri həmişə pozitiv əhvala yönəldəcəyəm”.

Aut.az