Pep meksikalı azarkeşlər haqda: Nə qədər ki, “Barsa”nı dəstəkləyirlər…
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola meksikalı jurnalistin ölkəsində hamının “Real Madrid”i və “Barselona”nı dəstəkləməsi ilə bağlı açıqlamasına cavab verib.
-Meksikada hamı “Real” və ya “Barselona”nı dəstəkləyir. İnsanları “Mançester Siti”yə necə cəlb edə bilərik?
-Onlar “Barsa”nı dəstəklədikcə, hər şey qaydasındadır.
İngiltərə Premyer Liqasında altı oyundan sonra “Mançester Siti” 14 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Növbəti turda Pep Qvardiolanın yetirmələri “Fulhem”lə qarşılaşacaq. Qarşılaşma oktyabrın 5-də, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Aut.az
