İngiltərə

“Mançester Yunayted” – “Qrimsbi” oyunu təkrar keçiriləcək? – Qərar verildi

“Mançester Yunayted” – “Qrimsbi Taun” qarşılaşması təkrar oynanılmayacaq.

Avqustun 27-də İngiltərənin dördüncü divizion klubu İngiltərə Liqa Kuboku matçında “Mançester Yunayted”i penaltilər seriyasında məğlub edib.

Aut.az xəbər verir ki, “Qrimsbi” yeni transfer Klark Oduoru oyundan bir gün əvvəl son tarixdən bir dəqiqə sonra sifariş edilib. Buna görə də, klub 20.000 funt sterlinq (10.000 funt-sterlinqi şərti) cərimə olunub.

“The Telegraph” yazır ki, qayda pozuntusuna baxmayaraq, oyun təkrar keçirilməyəcək. Səbəblərdən biri odur ki, “Qrimsbi” Klarkı sifariş etməkdə cəmi bir dəqiqə gecikib.

“Mançester Yunayted” şərh verməkdən imtina edib.

Aut.az