“Yuve” hələ də “Çelsi”ni inandırmaq istəyir ki…
“Yuventus” hələ də Romelu Lukakunu transfer etmək istəyir.
Aut.az xəbər verir ki, İtaliya klubu “Çelsi”ni belçikalı hücumçunu satın alma opsionu ilə icarəyə buraxmağa razı salmağa çalışır.
Romelu Lukaku ötən mövsüm icarə əsasında “İnter”də çıxış edib.
Hücumçu “Yuventus”la danışıqlara başladıqdan sonra milanlılar oyunçunu geri almaqdan imtina ediblər.
Aut.az
