Avro-2024-də dava salan azarkeşlərə ağır cəza verildi
İyunun 16-da Helzenkirhendə AVRO-2024-ün qrup mərhələsinin 1-ci turunun Serbiya ilə oyunu öncəsi (1:0) baş vermiş iğtişaşlarda iştirak edən bir neçə İngiltərə azarkeşinin futbol matçlarına buraxılması qadağan edilib.
Aut.az xəbər verir ki, 21 yaşlı Todd Hins, 28 yaşlı Lyam Cekson və 28 yaşlı Kyeran Elkoka 3 il, 29 yaşlı Lyuis Dodsvorta, 27 yaşlı Cek Hatton və 38 yaşlı Qari Makivora isə 5 il arenalara daxil ola bilməyəcəklər. Onlara həm ölkədaxili, həm də beynəlxalq oyunlarda iştirak etmək qadağandır. Bu barədə yerli məhkəmə orqanları qərar qəbul edib.
Daha dörd azarkeş artıq İngiltərədə məhkəmə qarşısına çıxıb və pasportlarını təhvil vermək şərti ilə zaminə buraxılıblar.
Avropa Çempionatı zamanı Böyük Britaniyanın Futbol Polisi Bölməsi (UKFPU) Serbiya ilə oyun öncəsi iğtişaşlarda iştirak edən azarkeşlərlə bağlı araşdırmaları Almaniyanın hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində edib.
Aut.az
