İngiltərə millisi tezliklə ona tapşırıla bilər
İngiltərə Futbol Assosiasiyası (FA) alman məşqçi Tomas Tuxelin nümayəndələri ilə onun ölkənin futbol yığmasına mümkün təyinatı ilə bağlı danışıqlar aparır.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Mənbənin sözlərinə görə, ingilislər Millətlər Liqasının 3-cü turunda Yunanıstana uduzduqdan (1:2) sonra qurum milli komandaya yeni baş məşqçi axtarışlarını sürətləndirib.
FA İngiltərə millisinə rəhbərlik etmək üçün “Mançester Siti”dən Pep Qvardiolaya dəvət göndərmişdi. 53 yaşlı mütəxəssis cavab verməyə vaxt ayırmadığı üçün hazırda namizədlərdən biri kimi qəbul edilmir. Qeyd olunur ki, belə vəziyyətdə FA-nın əsas seçimi Tuxeldir.
Müqaviləsinin bir çox detalları hələ razılaşdırılmasa da, 51 yaşlı alman qısa müddətdə İngiltərənin yeni baş məşqçisi kimi təsdiqlənə bilər.
Tomasın son iş yeri bu il iyunun 30-da tərk etdiyi “Bavariya” olub. Onun rəhbərliyi altında Münhen komandası 2022/23 mövsümündə Almaniya çempionu olub.
Aut.az
