İngiltərə

Qalmaqal böyüyür, məşqdən uzaqlaşdırdılar

“Mançester Yunayted”in hücumçusu Antoni komanda ilə məşqlərdən rəsmən uzaqlaşdırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, futbolçu qızlara qarşı kobud rəftarda ittiham olunur.

Braziliyalıya qarşı keçmiş sevgilisi Qabriela Kavallinin ardınca daha iki qız ittiham irəli sürüb.

“Mançester Yunayted” Antoniyə qarşı irəli sürülən ittihamları etiraf edib. Beynəlxalq matçlarda iştirak etməmiş digər oyunçuların bazar ertəsi məşqlərə qayıtması gözlənilir. Antoni isə qalmaqalla bağlı aydınlaşdırıcı faktlar üzə çıxana qədər məşqlərə buraxılmayacaq.

Aut.az