Dünya futboluİngiltərə

2023-cü ilin ən yaxşı qapıçısını Parisə buraxmadılar

Argentina millisinin qapıçısı Emiliano Martinez Olimpiya Oyunlarında iştirak etməyəcək.

Aut.az xəbər verir ki, “RMC Sport”un məlumatına görə, iştirak qadağası “Aston Villa” tərəfindən qoyulub. İngiltərə Premyer Liqasının yeni mövsümü avqustun 17-də başladığı üçün klub Martinesin mövsümöncəsi məşqdə iştirakını istəyir. Martines Parisə getsə, komandası finala yüksələ, yeni mövsümə qədər cəmi 8 gün istirahət edərdi.

2023-cü ilin ən yaxşı qapıçısı seçilən Emilyano Amerika kubokunda 1/4 finala yüksələn Argentinanın düşərgəsindədir.

Aut.az