İngiltərə

“Yunayted”in iki antirekordu – 51 ildən sonra…

“Mançester Yunayted” “Old Trafford”da “Vest Hem Yunayted”ə 0:2 hesabı ilə uduzub. Bu, “qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasının cari mövsümündə 17-ci məğlubiyyətidir.

Aut.az xəbər verir ki, “Mançester Yunayted” 51 ildən sonra ilk dəfə İngiltərə Premyer Liqasında 17 matçda məğlub olub. “Squawka” xəbər verir ki, həm də Premyer Liqa tarixində ikinci dəfədir ki, “Yunayted” ardıcıl yeddi oyunda qalib gələ bilmir. Sonuncu dəfə belə bir hadisə 1992-ci ildə baş verib. Beləliklə, klub 21-ci əsrin iki şəxsi antirekorduna imza atıb.

Xatırladaq ki, 36 turdan sonra “Mançester Yunayted” 39 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Aut.az