İngiltərə

Klub futbolundan gedir? – Dünya çempionatında olmaq istəyir

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəkdə milli komanda ilə işləmək istədiyini etiraf edib.

“Milli komanda ilə işləyərəm. Milli komandanı dünya çempionatına və ya Avropa çempionatına hazırlamaq istərdim. Mən bunu istərdim.

Hansı komandanı çalışdırmağa üstünlük verərdim? Mən bilmirəm bu kimə lazımdır! Yığmada işləmək üçün klubda olduğu kimi, axtarılmalısan.

Dünya və ya Avropa çempionatlarında, Amerika Kubokunda və ya başqa bir turnirdə məşqçilik təcrübəsi əldə etmək istərdim. Nə vaxt olacağını bilmirəm, 5, 10 və ya 15 ildən sonra olacaq, amma mən Dünya Çempionatında işləmək təcrübəsini əldə etmək istərdim”, – deyə Qvardiola “Goal” nəşrinə bildirib.

Aut.az