Altaydır: “Yunayted”in aşkar qol şansı yaradan yeganə futbolçusu
“Mançester Yunayted”in Premyer Liqada qol şansı yaradan yalnız bir oyunçusu var – qapıçı.
Ruben Amorimin komandası avqustun 24-də “Fulhem”lə 1:1 hesablı heç-heçə edib. Çempionatın ilk turunda “Arsenal”a uduzub.
Aut.az xəbər verir ki, yeni mövsümün ilk iki matçında yalnız Altay Bayındır aşkar qol imkanı yarada bilib. “Fulhem”lə oyunun birinci hissəsində qapıçı topu öz cərimə meydançasından rəqibin cərimə meydançasına çatdırıb, bundan sonra Mateus Kunya küncə zərbə endirib, Bernd Leno dəf edib.
Aut.az
