İngiltərə

Qvardiola daha ona inanmır: 21 yaşda deyil

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Kevin De Bruynenin zədəsi haqda danışıb.

Aut.az xəbər verir ki, 32 yaşlı belçikalı avqust ayında bud nahiyəsindən zədə alıb və əməliyyat olunub. Yanvarda onun meydana qayıdacağı gözlənilir.

“Yanvarda qayıdacağam deyibsə, deməli, qayıdacaq. Fasilə De Bruyneyə fayda verəcəkmi? Mən belə düşünmürəm, çünki onun artıq 21 yaşı yoxdur. Vaxt keçir, zədədən sonra düzgün şəkildə sağalmaq lazımdır və bir həftədən sonra mükəmməl vəziyyətdə olacağını gözləmək lazım deyil”, – Qvardiola mətbuat konfransında deyib.

Aut.az