Bir ildən sonra Premyer Liqaya qayıtdı
Çempionşipdə pley-off mərhələsinin final oyunu keçirilib.
Aut.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda “Lids Yunayted” və “Sauthempton” komandaları qarşılaşıb. “Sauthempton” rəqibini 1:0 hesabı ilə məğlub edib. Əhəmiyyətli matçı izləmək üçün İngiltərədəki əsas stadiona 85 862 tamaşaçı gəlib.
Beləliklə, “Sauthempton” növbəti mövsümdən yüksək diviziona – İngiltərə Premyer Liqasına qayıdacaq. Daha əvvəl Premyer Liqaya vəsiqəni “Lester” və “İpsviç” də təmin etmişdi.
Aut.az
