Əsl inci, əsl lider – Bekhem kimi deyir?
İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Devid Bekhem 2026-cı il Dünya Kubokunun 1/16 final mərhələsində Harri Keynin Konqo Demokratik Respublikasına qarşı oyunda (2:1) iki qol vurmasından sonra hisslərini bölüşüb.
Aut.az xəbər verir ki, Bekhem sosial media hesabında yazıb:
“Bu gün kapitanımıza ehtiyacımız var idi. Əsl inci, əsl lider. Kapitanımızın fantastik performansı”.
Keyn Konqo DR-yə qarşı oyunun 75-ci və 86-cı dəqiqələrində qol vurub. 32 yaşlı hücumçu artıq dörd oyunda beş qol vurub.
İngiltərə 1/8 finalda Meksika ilə qarşılaşacaq. Oyun 6 iyulda keçiriləcək.
Aut.az
