Almaniyaİngiltərə

İki ulduzun yerinə iki gənc gəlir – Nyukasl”ın onları bu liqada tapdı

“Nyukasl Yunayted” “Barselona”ya keçən Entoni Qordonun və “Tottenhem Hotspur”a 117 milyon avroya keçməyə yaxın olan Sandro Tonalinin itkisini kompensasiya etmək üçün Bundesliqadan transfer etmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

İngiltərə klubu Bundesliqada iki müqaviləni tez bir zamanda bağlamağı gözləyir və Bazuman Ture və Yohan Manzambinin transferləri ilə bağlı işi fəal şəkildə davam etdirir .

Qordonun yerinə əsas hədəf  “Hoffenhaym” və Fil Dişi Sahili yığmasının 20 yaşlı hücumçusu Bazumana Turedir. Fil Dişi Sahilili futbolçu Almaniyadakı ilk tam mövsümündə beş qol vurub və 12 məhsuldar ötürmə edib.

Turedən əlavə, “sağsağanlar”  “Frayburq” və İsveçrə millisinin 20 yaşlı yarımmüdafiəçisi Yohan Manzambi üçün də danışıqları davam etdirir. İsveçrəli futbolçu 47 matçda meydana çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

Aut.az