“Çelsi” ilk transferini açıqladı – FOTO
“Çelsi” ilk yay transferini rəsmən elan edib.
Aut.az xəbər verir ki, London klubu “Fulhem”dən Tosin Adarabioyo ilə müqavilə imzalayıb.
Qeyd olunur ki, 26 yaşlı futbolçu “mavilər”lə 4 mövsümlük müqavilə imzalayıb.
Maraqlıdır ki, bu transfer Entso Mareskanın “Çelsi”nin baş məşqçisi kimi ilk transferi olacaq.
2023/24 mövsümündə Tosin Adarabioyo “Fulhem”in heyətində 25 oyuna çıxıb, 2 qol vurub. Transfermarkt portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.

Aut.az
