“Siti” braziliyalını satdı
22 yaşlı braziliyalı müdafiəçi Yan Kouto Dortmund “Borussiya”sına keçəcək.
Aut.az xəbər verir ki, bu yay Yan Kouto icarə əsasında oynadığı “Jirona”dan “Mançester Sitiyə qayıdıb.
“Şəhərlilər” “Borussiya” ilə transferdə razılaşıb. İngiltərə komandası braziliyalı üçün 25 milyon avro + bonuslar alacaq. Koutonun bu həftə tibbi müayinədən keçmək üçün Dortmunda gedəcəyi gözlənilir.
Kouto ötən mövsüm “Jirona”nın əsas oyunçularından biri olub. O, 39 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə edib.
Aut.az
