İngiltərə

Alonso “Çelsi”nin təklifini bu kluba görə qəbul etmir

İspaniyalı mütəxəssis Xabi Alonso hələlik “Çelsi”dən gələn təkliflə razılaşmağa tələsmir.

Aut.az xəbər verir ki, “İ Sport”un məlumatına görə, Alonso gələcəkdə “Liverpul”da çalışmaq ehtimalını nəzərə alaraq gözləmə mövqeyi tutur.

London klubu baş məşqçi postu üçün əsas namizəd kimi məhz Alonsonu görür. İddiaya əsasən, ispaniyalı çalışdırıcı futbolçu kimi beş mövsüm çıxış etdiyi “qırmızılar”da yaxın vaxtlarda vakansiya yaranıb-yaranmayacağını izləmək istəyir.

Hazırkı baş məşqçi Arne Slotun gələcəyi sual altındadır. Mersisayd klubunun rəhbərliyi səbirli davranmağa hazır olsa da, azarkeşlər açıq şəkildə narazılıqlarını bildirirlər.

Məlumata görə, əgər Alonso “Liverpul” variantını düşünməsəydi, artıq “Çelsi”də işə başlamış olardı. Lakin London klubu gözləmək niyyətində deyil və yeni baş məşqçini dünya çempionatı başlamazdan əvvəl təyin etmək istəyir.

Əgər Alonso qərar verməyi uzatsa, “Çelsi” alternativ variantlara yönələcək. Siyahıda Andoni İraola (“Bornmut”), Oliver Qlasner (“Kristal Pelas”), Filipe Luis və Marko Silva (“Fulhem”) yer alır.

Aut.az