İngiltərə

Tuxel bu ölkənin federasiyası ilə danışıqlar aparır: Millinin baş məşqçisi ola bilər

Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərə Futbol Assosiasiyası (FA) ilə bu ölkənin milli komandasına baş məşqçi təyin olunması ilə bağlı danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə “Welt” məlumat yayıb.

Bu vəzifə keçən yay Qaret Sautqeytin gedişindən sonra boş qalıb. İngiltərə millisinin baş məşqçisi vəzifəsini icra edən Li Karsli artıq daimi əsaslarla işləməkdə maraqlı olmadığını bildirib.

Tuxel bu ilin iyununda “Bavariya”dan ayrıldıqdan sonra işsizdir. 51 yaşlı çalışdırıcı daha əvvəl “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı kimi klublarda çalışıb.

Aut.az