İngiltərə

Sulşer İngiltərəyə qayıdır?

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer və “Strasburq”un baş məşqçisi Qari O’Nil karyeralarını “İpsviç Taun”da davam etdirmək şansına malikdirlər.

Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“İpsiviç”ə komandanı ötən mövsümün sonunda İngiltərə Premyer Liqasına çıxaran, amma karyerasına fasilə vermək arzusu ilə oranı tərk edən Kiran Makkenna rəhbərlik edirdi.

Sulşerin karyerasında “Qırmızı şeytanlar”dan əlavə, “Molde”, “Kardiff Siti” və “Beşiktaş” da yer alıb. O’Nil əvvəllər “Bornmut” və “Vulverhempton”da çalışıb.

Aut.az