Hələ heç nə qazanmayıb, amma müqaviləni uzatdılar – Rəsmi
Braziliya Futbol Konfederasiyasının (CBF) rəsmi saytının verdiyi məlumata görə, italiyalı məşqçi Karlo Ançelotti Braziliya milli komandası ilə müqaviləsini 2030-cu il Dünya Kubokuna qədər uzadıb.
Aut.az xəbər verir ki, CBF-nin bəyanatında deyilir: “Ançelottinin dünya futbolu tarixində ən uğurlu komanda olan Braziliya milli komandasının baş məşqçisi kimi fəaliyyəti təkcə CBF-in onun işinə verdiyi dəstəyi deyil, həm də 2025-ci ilin may ayının sonunda gəlişindən bəri komanda və Braziliya azarkeşləri qarşısında qazandığı etibarı əks etdirir”.
66 yaşlı mütəxəssisin rəhbərliyi altında Braziliya millisi 10 oyun keçirib, beşində qalib gəlib, ikisində heç-heçə edib və üçündə məğlub olub.
Aut.az
