Dünya futbolu

“Liverpul”un və PSJ-nin sabiq futbolçusu karyerasını başa vurdu

Fransa millisinin sabiq mərkəz müdafiəçisi Mamadu Sako peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarını Fransa Kubokunun 1/16 final mərhələsində PSJ ilə “Paris FK” arasında keçirilən oyun zamanı meydanda olarkən elan edib.

Sako PSJ-nin yetirməsidir. O, karyerası ərzində “Liverpul”, “Kristal Pelas” və “Monpelye” klublarda da çıxış edib. Futbolçunun son klubu Gürcüstanın “Torpedo” (Kutaisi) komandası olub və o, bu klubun heyətində 19 oyunda meydana çıxıb.

Mamadu Sako Fransa millisində 29 matç keçirib və 2 qola imza atıb.

Aut.az